Rusiyanın Yeysk şəhərində təyyarənin doqquz mərtəbəli binanın həyətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova deyib.
"Yanıq xəsarətləri olan şəxs vəfat edib", - deyə o bildirib.
Bundan əvvəl o, 51 yaşlı bir xəstədə bədən yanıqlarının 80 faiz təşkil etdiyini bildirib.