İranın kamikadze “Şahed 136” PUA-larının təxminən 30%-i Ukraynadakı hədəflərə çatır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat departamentinin rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, Rusiya bu dronları daim sifariş edir: “Hazırda ruslar 1700-ə yaxın PUA sifariş ediblər. Son məlumata görə, ruslar 330-a yaxın “Şahed 136” dronundan istifadə ediblər, onlardan 222-si məhv edilib. Digərləri isə hədəflərinə çatıblar".
Budanov vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiəsi prinsipcə yaxşı işləyir, dronların 70%-i vurulub.