25 Oktyabr 2022 10:51
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer səhər saatlarında əvvəlcədən elan olunmamış səfərlə Ukraynaya gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Bu, fevralın 24-də Rusiyanın işğalçı müharibəsi başlayandan bəri Almaniya dövlət başçısının Ukraynaya ilk səfəridir.

Ştaynmayer Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə də görüşməyi planlaşdırır. Eyni zamanda, DPA bildirir ki, Almaniya dövlətinin başçısı Ukraynadakı dağıntıları və Rusiyanın müharibə cinayətlərini öz gözləri ilə görmək istəyir.

Bu ilin əvvəlində Almaniya prezidentinin Kiyevə planlaşdırılan iki səfəri müxtəlif səbəblərdən baş tutmayıb. O, ötən həftə də təhlükəsizlik səbəbi ilə oktyabrın 20-nə olan səfərini ləğv edib.

Zelenski Ştaynmayeri Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələrinə görə tənqid edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər