26 Oktyabr 2022 13:42
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı sanksiyalardan sonra Londonu tərk edən milyarder Roman Abramoviç İstanbulda məskunlaşır. Hər səhər Boğazda gəzən rus oliqarx malikanəni almaq üçün qollarını çırmalayıb.

Teleqraf.com xəbər verir ki, dünyaca məşhur rus oliqarx Roman Abramoviç Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra yaşadığı İngiltərəni tərk edərək nəhəng yaxtası ilə bir müddət Egey sularında gəzdikdən sonra İstanbulda lövbər salıb.

Qərb dövlətləri tərəfindən embarqoya məruz qalan rusiyalı oliqarx hələlik qonaq olaraq yaşadığı İstanbulda daimi məskunlaşmaq qərarına gəlib. İstanbullu kimi yaşamağa başlayan Abramoviç hər səhər Rumelihisarıdakı bir kafedə qəhvəsini içir və sonra Boğaziçi boyunca gəzintiyə çıxır.

İddiaya görə, hər gün Bebekə qədər gəzən Abramoviç idman edir, malikanələrə baxır.

8,6 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamlarından biri olan Abramoviç malikanəni almaq üçün qollarını çırmalayıb. İstanbula pərəstiş edən iş adamına başqa ölkələr də qucaq açıb. Amma Abramoviç təbii ki, həm coğrafi, həm də mədəni baxımdan Şərqin və Qərbin mərkəzi olan İstanbula üstünlük verəcək.

Rusiyaya qarşı iqtisadi embarqoya görə sahibi olduğu “Çelsi” klubunun İngiltərə dövləti tərəfindən ələ keçirilərək satışa çıxarıldığı zaman çətin vəziyyətdə qalan Abramoviçin yeni klub axtarışında olduğu da məlumdur.

İngiltərə qəzetləri məşhur oliqarxın İspaniyanın “Valensiya” komandası ilə maraqlandığını yazsa da, onun türk klubları ilə hələ də əlaqə saxladığı iddiaları arasındadır.


Müəllif: Nemət

Oxşar xəbərlər