27 Oktyabr 2022 11:42
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın yeni baş naziri Giorgia Meloni Ukraynaya hərbi yardımı davam etdirəcəyinə söz verib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş nazir İtaliya parlamentindəki çıxışı zamanı deyib.

Meloni vurğulayıb ki, Ukraynada ədalətli sülhə nail olmaq üçün yeganə vasitə silah tədarüküdür:

“Yalnız Ukraynanı dəstəkləməklə sülh əldə oluna bilər. Bu, danışıqlar aparmaq üçün yeganə şansdır. Biz sülh üçün çalışmalıyıq və bunu Ukrayna xalqının iradəsini nəzərə alaraq, Qərb müttəfiqlərimizlə tam razılıq əsasında edəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər