Vladimir Putinin Ukrayna ilə bağlı açıqlamaları hamını bu müharibənin soyqırım aktı olub-olmadığını düşünməyə vadar etməlidir.
Teleqraf.com bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
"Putin “Valday” klubunda çıxışı zamanı Ukraynanın suverenliyinin inkarına davam edib, bu isə ciddi danışıqlarla heç cür bir araya sığmır”,- ekspertlər izah edirlər.
Putin bəyan edib ki, Ukraynanın suverenliyinin yeganə real təminatı yalnız Ukraynanı “yaradan” Rusiya ola bilər.
Putin bildirib ki, ukraynalıların və rusların səhvən müxtəlif dövlətlərə bölünmüş bir millət olması tarixi faktdır. Oktyabrın 26-da Putin Ukraynanın suverenliyini itirdiyini və NATO-ya üzv olduğunu söylədi.
“Putinin Ukrayna və Rusiyanın bir xalq olması, özbaşına tarixi şəraitə görə müxtəlif dövlətlərə bölünməsi barədə rəvayətləri onun daimi məqsədinə işarə edir - Ukrayna dövlətini məhv etmək və Ukrayna xalqı anlayışının özünü silmək”,- analitiklər deyirlər.
Putin sual-cavab zamanı əlavə edib ki, “əgər bu vahid etnik qrupun hansısa bir hissəsi nə vaxtsa özünü ayrıca xalq hesab edəcək səviyyəyə gəlibsə, o zaman buna ancaq hörmətlə cavab vermək olardı”. Ekspertlər isə deyir ki, bu şərhdəki bir çox şərt Putinin hazırda hər hansı müstəqil Ukrayna milli kimliyinin olması fikrini bəyənmədiyini göstərir.
“Bu bəyanatlar Rusiyanın bir çox hərəkətləri ilə yanaşı, Ukraynaya qarşı müharibəsinin soyqırım aktı olub-olmaması məsələsi üzərində ciddi əks-səda doğurmalıdır, çünki soyqırım qanuni olaraq "tamamilə və ya qismən məhv etmək niyyəti ilə həyata keçirilən hərəkətlər” kimi müəyyən edilir" - ISW əməkdaşları bildiriblər.