Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətində əks-hücum əməliyyatı davam edir. Müəyyən çətinliklər var və bu səbəbən də proses sürətlə baş vermir.
Teleqraf.com xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday bildirib.
“Hamımız bunun tez olmasını istəyirik, amma başa düşürük ki, Luqansk vilayətində belə sürətli irəliləyiş olmayacaq. Hava şəraiti, çoxlu neqativ amillər var, lakin buna baxmayaraq Ukrayna Silahlı Qüvvələri irəliləyir”, - o deyib.
Onun sözlərinə görə, əks-hücum gücləndirilmiş texnika, işğalçıların ehtiyatları, onların müdafiə strukturları və minalanmış ərazilərə bağlı olaraq çətinləşib.