"Ukraynaya bəşəriyyətin taleyini həll etmək hüququ verilməməlidir".
Teleqraf.com xəbər verir ki, bunu NATO Parlament Assambleyasının keçmiş rəhbəri Pyer Lelloş Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
O bildirib ki, Şimali Atlantika Alyansının Moskva ilə birbaşa hərbi toqquşmaya girməsinə imkan verilməməlidir. Onun fikrincə, Kiyev Rusiya ilə münaqişəyə nə vaxt son qoyacağını müəyyən etməməlidir.
Leluş hesab edir ki, Kiyevə silah və maliyyə yardımı verilməsi nəticəsində Qərb ölkələri artıq münaqişə tərəfinə çevrilib.
“Bütün bunların nə vaxt bitməli olduğunu müəyyən etmək vəzifəsini təkcə Ukraynaya etibar etmək olmaz: bu münaqişə planetin iqtisadiyyatı, enerjisi, qidası və geosiyasəti üçün nəticələrinə görə qlobal xarakter alıb”, - deyə siyasətçi bildirib.