1 Noyabr 2022 10:48
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İqtisadi Əlaqələndirmə Komitəsi Rusiyadan 300 min ton buğda alınacağını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Bu barədə qərar komitənin maliyyə və gəlirlər naziri İshaq Darın sədrliyi ilə keçirilən iclasda qəbul edilib. Qərara görə, noyabrın 1-dən yanvarın 15-dək Rusiyadan Pakistana bir ton üçün 372 ABŞ dolları qiymətində 300 min ton buğda tədarük ediləcək.

Pakistan Ticarət Korporasiyası da sövdələşmənin mümkünlüyünü təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər