3 Noyabr 2022 19:39
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin İranla sərhəd ərazilərdə hərbi təlimlərə başlamasını çox müsbət olay kimi qiymətləndirirəm. Bu fars rejimini başa salmaq lazımdır ki, daha o vaxt deyil ki, at oynadasınız, gəlib texnikanızı nümayiş etdirib hərbi təlim keçirəsiniz. Hələ bir hədə bəyanatları da səsləndirəsiniz. Unutmayın ki, sizin önünüzdə 44 günə ərazilərini işğaldan azad edən Azərbaycan ordusu dayanır. Bu həm də açıq mesajdır və məncə vaxtında verilib”.

Bunu sabiq təhsil naziri Firudin Cəlilov Teleqraf.com-a İrandakı vəziyyəti qiymətləndirərkən deyib.

O xatırladıb ki, hazırda Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotolarını divarlarda asırlar, müəyyən şüarlar səsləndirirlər.

Onun sözlərinə görə, Güney Azərbaycandakı soydaşlarımıza böyük ruh verilib:

"Məsələ ondadır ki, iki qardaşdır, biri bu taydadır, biri o tayda. Bu taydakı qardaş azad, müstəqil yaşayır. O tərəfdəki qardaş sanki barmaqlıq arxasında yaşayır və bura boylanır. Burada olan orada olanın böyük qardaşı sayılır. Bu mənada bizim ordumuz elə Araz qırağında olmalıdır. Prezidentimiz də azərbaycanlıların hüquqlarının hər yerdə qorunmalı olduğunu deməlidir, necə ki dedi. Bütün bunlar yaxşı haldır və müsbət qiymətlənmdirilməlidir”.

Sabiq nazir əlavə edib ki, hazırda bütövlükdə İran ərazisində etiraz aksiyaları gedir:

“Orada kürdlər də, bəluclar da, farsların özləri də, Azərbaycan türkü də etiraz edirlər. Hədəf molla rejimidir. Yəni hədəf ölkə üzrə indiki İran hakimiyyətidir. İndi bunun inqilaba çevrilməsi üçün böyük işlər-təşkilatlanma lazımdır. Bu mürəkkəb məsələdir. Hələlik etiraz aksiyaları davam edir və görək hara qədər gedəcək. Molla rejiminin də sonu yaxınlaşır. Çünki təkcə Güney Azərbaycan deyil, ölkədə yaşayan bütün xalqlar zülm içindədir. Rejim dəyişməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər