4 Noyabr 2022 16:06
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisi amerikalı həmkarı Co Baydenə cavab verib.

Teleqraf.com xəbər verir ki, Rəisi Amerika liderinə İranın 43 il əvvəl “azad” edildiyini deyib.

“ABŞ Prezidenti Co Bayden İranı azad etməyə hazırlaşır, amma İran 43 il əvvəl azad edilib”, - o vurğulayıb və ölkəsinin ABŞ-ın girovu olmayacağını iddia edib.

Rəisi həmçinin söyləyib ki, İran ABŞ üçün heç vaxt “sağa biləcəyi inək” olmayacaq.

Qeyd edək ki, bundan əvvəl İranda molla rejimi əleyhinə davam edən kütləvi etirazlardan danışan ABŞ prezidenti bu ölkəni azad edəcəklərini bildirib.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”, - Bayden vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər