8 Noyabr 2022 01:25
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.

O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır.

“Amma səfər mütləq baş tutacaq”, - deyə diplomat əlavə edib.

Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər