8 Noyabr 2022 22:37
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İsveçin NATO-ya daxil olmasına ümid edir, lakin ondan alyansa üzvlüklə bağlı Madrid memorandumunun həyata keçirilməsi üçün konkret addımlar gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Ulf Kristersson ilə Ankarada danışıqlardan sonra deyib.

“Ümid edirik ki, İsveç NATO-ya üzvlüklə bağlı üç ölkənin (Türkiyə, Finlandiya və İsveç - red.) imzaladığı memorandumun şərtlərini yerinə yetirəcək. Ondan münasibətlərimizdə müttəfiqlik ruhuna cavab verəcək konkret addımlar gözləyirik”, - Ərdoğan əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər