10 Noyabr 2022 11:04
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ukraynaya daha altı "Sezar" özüyeriyən artilerriya qurğusu verməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Müdafiə naziri Sebastyan Lekarnunun deyib.

"Bunlar Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi yardım çərçivəsində təhvil verəcəyinə söz verdiyi silahlardır. Biz onları yaxın həftələrdə təhvil verəcəyik. İndiyədək biz əvvəlki nəslin digər növlərini - TRF1 haubitsalarını Kiyevə çatdırmışıq”, - nazir bildirib.

O vurğulayıb ki, Paris Ukraynaya 24 Sezar haubitsa göndərmək vədini yerinə yetirəcək:

"Ukraynaya hərbi yardım Fransanı müharibənin iştirakçısı etmir".


Müəllif: Nemət

Oxşar xəbərlər