“Microsoft” 2022-ci ilin oktyabrında Ukrayna və Polşada nəqliyyat, logistika şirkətlərinə edilən haker hücumlarının arxasında Rusiya kəşfiyyatının dayandığını açıqlayıb.
Teleqraf.com CNN-nə istinadən bildirir ki, haker hücumları Rusiya hərbi kəşfiyyatı GRU adından işləyən qrup tərəfindən həyata keçirilib.
Məqalədə deyilir: “Bu, NATO üzvü olan ölkəyə zərər vuran Rusiyanın çox sayda addımından biridir. Rusiya kəşfiyyatı ilə əlaqəli ransomware hücumları Ukraynaya humanitar və ya hərbi yardımı birbaşa tədarük edən, daşıyan təşkilatlar üçün artan riskdən xəbər verir.
Rusiya kiber cəbhədə fəal mübarizə aparır. Məlumdur ki, Ukraynanın dövlət qurumlarının saytlarına haker hücumları işğalın ilk günü - fevralın 24-dən həyata keçirilir və bundan əvvəl də baş verib".
Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində bir qrup britaniyalı ekspert Rusiya hərbi müdaxiləsinin başlamasından 35 dəqiqə sonra Ukraynanın dövlət qurumlarının saytlarının mühafizəsini gücləndirməyə başlayıb.