İranda Məhsa Əmininin ölümündən sonra nümayişlərə qatılan və “iğtişaş törətməkdə” günahlandırılanların məhkəməsi davam edir.
Teleqraf.com xəbər verir ki, molla rejimi haqsızlığa qarşı etiraz edən insanlara münasibətdə sərt cəzalara keçid edib.
Rejimin cəza aparatı- Tehran İnqilab Məhkəməsi 1 nəfəri edam, 5 nəfəri isə həbs cəzasına məhkum edib. Etiraz işlərinin araşdırılması prosesinə sürətlə başlanıb və “şübhəlilər”in məhkəməsi davam edir.
Ölüm cəzasına məhkum edilən şəxs dövlət qurumunu yandırmaqda, ictimai asayişi və əmin-amanlığı pozmaqda, milli təhlükəsizliyə qarşı açıq və gizli fəaliyyətlə məşğul olmaqda, ictimai əmlaka qəsdən zərər vurmaqda ittiham olunub.