14 Noyabr 2022 20:12
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkov vilayətində Ukrayna hava hücumundan müdafiə qüvvələrinin mövqelərini düşmənə satan rus agentini saxlayıb.

Teleqraf.com xəbər verir ki, SBU-nun məlumatına görə, Xarkovda keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində işğalçıların bölgədə Ukrayna qoşunlarının yerləşdirilməsi barədə təcavüzkara kəşfiyyat məlumatı ötürən şəxs saxlanılıb.

Qeyd olunur ki, onun kəşfiyyat və təxribat fəaliyyətinin əsas məqsədləri arasında Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsinin şərq istiqamətində ehtimal olunan döyüş mövqelərinin müəyyən edilməsi olub.

İşğalçılar alınan məlumatlardan Ukrayna hədəflərinə hədəflənmiş raket zərbələri hazırlamaq və həyata keçirmək üçün istifadə ediblər.

İstintaqın məlumatına görə, saxlanılan şəxs Xarkov vilayətində düşmənin atəşindən ən çox zərər çəkənlərdən biri olan Saltovski yaşayış massivinin sakinidir.

“Bu ilin yayında o, sosial şəbəkələrdə Ukraynaya qarşı müharibədə kömək etmək üçün işğalçılara “çıxmaq” yollarını axtarmağa başlayıb. Bu məqsədlə sosial şəbəkələrdə bölmələrin müvəqqəti yerləşdirilmə yerləri haqqında məlumat yerləşdirib. Müəyyən edilib ki, o, qadağan olunan məlumatı dərc etdikdən sonra Ukrayna hava hücumundan müdafiə qüvvələrinin mövqeləri düşmənin beş dəfə hədəfli hücumlarına məruz qalıb”, - SBU-dan bildiriblər.


Müəllif: Nemət

Oxşar xəbərlər