Rusiya Oryol vilayətinin Ukrayna ilə sərhədindən 180 kilometr aralıda yerləşən Stalnoy Kon kəndində neft çənində partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov məlumat verib.
Onun sözlərinə görə, olayda xəsarət alan olmayıb. O, buna səbəb kimi dron hücumunu göstərib.
“Bu gün səhər saat dörd radələrində pilotsuz uçan aparat (PUA) Stalnaya Kon kəndindəki neft anbarını partladıb. Tələfat yoxdur. Bütün fövqəladə xidmətlər hadisə yerində işləyir”, - o deyib.
Olay bölgədə təşviş yaradıb.