Moldovanın eks-prezidenti İqor Dodon ev dustaqlığından azad olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmə qərarında deyilir.
Xatırladaq ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb. Bu ittihamları təkzib edən eks-prezident təqsirsizliyinə dair sübutların olduğunu bildirib.