Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyev-Peçersk Lavrasında axtarışlar aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Kiyevdəki Müqəddəs Kiyev-Peçersk Lavrası ərazisində Rusiya xüsusi təyinatlılarının partlayıcı fəaliyyətinə qarşı SBU-nun sistemli işinin bir hissəsi olaraq Milli Polis və Milli Qvardiya ilə birlikdə əks-kəşfiyyat işləri aparılır.
Xüsusən də Rusiyanın silahlı təcavüzü nəzərə alınmaqla, terror aktları, təxribat, girov götürmə riski insanların sıx toplaşdığı yerlərdə artır.
Xüsusi xidmət hazırda kilsədə aşağıdakı tədbirlər həyata keçirir:
Lavranın “rus dünyasının” hüceyrəsi kimi istifadə edilməsinin qarşısının alınması;
Təxribat və kəşfiyyat qruplarının, xarici vətəndaşların, silahların saxlanması və s.
Əhalinin təxribatlardan və terror aktlarından təhlükəsizliyinin təmin edilməsi.
Ukraynanın dövlət suverenliyinə zərər vuran qeyri-qanuni fəaliyyətlərdə iştirakları ilə bağlı Lavra ərazisində şəxslərin yoxlanılması həyata keçirilir.
Qeyd edək ki, Kiyev-Peçersk Lavrası kilsələrindən birində Ukraynaya qarşı qanlı müharibə aparan Rusiya Federasiyasını vəsf ediblər. Buna sübut kimi video-görüntü də yayımlanıb.
Xatırladaq ki, noyabrın 15-də məlum olub ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyev-Peçersk Lavrasında işğalçı ölkəni vəsf etməyə görə cinayət işi açıb.