"Twitter"in yeni sahibi İlon Mask sosial şəbəkədə bloklanmış bütün hesablar üçün “amnistiya” elan etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Qeyd edilib ki, bu, İ.Maskın "qanunu pozmayan və ya böyük spamla məşğul olmayan" bloklanmış istifadəçilərin "amnistiya"ya cəlb edilib-edilməməsi ilə bağlı sorğu keçirməsindən sonra edilib. 3 milyondan çox istifadəçilərinin 72 faizi “amnistiya”nın lehinə səs verib