28 Noyabr 2022 16:10
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara-Dəməşq münasibətlərində yeni eranın başlanğıcı mümkündür, amma hərtərəfli əməkdaşlıqdan danışmaq hələ tezdir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Orxan Miroğlu deyib.

“Suriya ilə bağlı “necə”, “nə vaxt”, “kimlə” və “niyə” suallarına açıq cavab sayıla biləcək bir prosesin başladığını söyləmək çox çətindir. Suriya tərəfi, görünür, danışıqların üçüncü ölkədə, çox güman ki, Rusiyada davam etdirilməsini istəyir. Ona görə də hərtərəfli əməkdaşlıqdan danışmaq hələ tezdir”, - türkiyəli deputat bildirib.

Onun sözlərinə görə, Dəməşq və Ankara arasında münasibətlərdə yeni eranın başlanğıcı seçkilərdən əvvəl qoyula bilər və bu ehtimal çox yüksəkdir, amma hələlik tərəfdaşlıqdan danışmaq tezdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər