29 Noyabr 2022 16:56
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç xarici işlər naziri Tobias Billström Türkiyənin ölkəsi və Finlandiyanın NATO üzvlüyünü ratifikasiya etmək üçün tələb etdiyi bütün şərtləri yerinə yetirmək istiqamətində davamlı irəliləyişin olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə Buxarestdə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl danışıb.

“Türkiyənin şərtlərini yerinə yetirmək üçün davamlı şəkildə irəliləyirik”, - Billström deyib.

Nazir əlavə edib ki, Türkiyə və Finlandiya ilə bu gün keçiriləcək danışıqlar prosesi sürətləndirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər