Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb.
Teleqraf.com AFR-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, yaralıların 15-i polis əməkdaşıdır.
Partlayışın asayiş keşikçilərinin koronavirusa qarşı vaksinasiya prosesini mühafizə edərkən törədildiyi bildirilib.
Hazırda hadisənin baş vermə səbəbləri və ya kim tərəfindən törədildiyi araşdırılır.
Qeyd edək ki, Kvetta şəhəri Pakistanın Bəlucistan əyalətinin paytaxtıdır. Bu bölgə İranın Sistan və Bəlucistan əyaləti ilə həmsərhəddir.