MİQ-31 tipli qırıcı təyyarəsi Rusiyanın Primorsk vilayətində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada MİQ-31 tipli döyüş təyyarəsinin planlı təlim uçuşu həyata keçirərkən Primorsk vilayətinin Alekseyevka kəndi yaxınlığında meşə sahəsinə düşdüyü bildirilib.
İlkin təsbitlərə görə hadisə nəticəsində itki olmayıb.
“Təyyarə sursatsız uçub. Təyyarənin qəzaya uğramasına texniki nasazlıq səbəb ola bilər”, - məlumatda deyilir.