PKK/YPG terror təşkilatının Suriyanın Ayn İsa vilayətindəki qüvvələrinin lideri Mizgin Kobani (Siham Mislih) Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatında zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Suriyanın şimalında Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı terror aksiyalarını təşkil edən Kobaninin digər təxribatçı fəaliyyətlərdə iştirak etdiyi müəyyən olunub.
Kobani MİT-in sözügedən bölgədə keçirdiyi nöqtə əməliyyatı ilə məhv edilib.