Rusiyanın Ukraynaya atdığı raket Moldova ərazisinə düşüb.
Teleqraf.com xəbər verir ki, bu haqda Moldova mətbuatı məlumat yayıb.
Bildirilib ki, mərmi Briçeni şəhəri yaxınlığında, meyvə bağında aşkar edilib.
Sərhəd polisi Briceni və Ocnita şəhərlərinin ərazisində patrul xidmətini gücləndirib.
Raketin tapıldığı ərazi mühasirəyə alınıb. Hadisə yerində Daxili İşlər Nazirliyinin xüsusi xidmət orqanları və fövqəladə hallar nazirliyinin əməkdaşları işləyir.
Briçeni şəhərinin meri Vitali Qorodinşinin sözlərinə görə, raket yerli vaxtla saat 15:00 radələrində yerə düşüb.
Qeyd edək ki, Briçeni şəhəri Ukrayna sərhədinə yaxın və Kişinyovdan 230 km aralıda yerləşir.