Əfqanıstanın Hilmənd əyalətində silahlılar 12 sapyoru qətlə yetirib. Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hərbçilərin əks-hücumu nəticəsində 4 silahlı öldürülüb, üç nəfər saxlanılıb.
Məlumata görə, hücum “Taliban” hərəkatı tərəfindən törədilib.
Qeyd edək ki, son sutka ərzində “Taliban” silahlıları Əfqanıstanda hərbçilərlə dolu avtobusu partladıb, nəticədə 6 nəfər ölüb. Bundan başqa silahlılar NATO-nun iki hərbçisini və Əfqanıstan Ali Məhkəməsinin katibliyinin rəhbərini qətlə yetiriblər.