6 Dekabr 2022 17:16
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Yunanıstanın təhdidlərinə qarşı susmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Yunanıstan mənfi addımlar atır. Bu barədə susmağımız mümkün deyil. Yunanıstan silahsızlaşdırılmış adaların hərbiləşdirilməsindən əl çəkməlidir. Ya Yunanıstan geri addım atacaq, ya da biz lazım olanı edəcəyik. Prezidentimiz “bir gecə qəfil gələ bilərik dedikdə, bunu nəzərdə tutur. Bizə qarşı təhdidlərə susmağımız mümkün deyil. Həm hüquqi müstəvidə, həm də meydanda lazımi addımı atmağa davam edəcəyik.

Külək əkən tufan biçər. Əgər sülh istəmirsinizsə, bir gecə qəfil lazım olanı edəcəyik”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər