Hindistan Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə ənənəvi illik görüşdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Hindistan baş nazirinin bu qərarı Rusiya liderinin Ukraynada nüvə silahından istifadə ilə bağlı bəyanatları ilə əlaqəlidir.
Vəziyyət barədə məlumatlı olan mənbə bildirib ki, iki dövlət başçısı arasında münasibətlər güclü olaraq qalır, amma indi dostluqdan bəhs etmək Hindistanın xeyrinə deyil.
Hindistan və Rusiya liderləri arasında şəxsi görüşlər 2000-ci ildə başlayıb və hər il keçirilir. Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ləğv edilən görüş istisnadır.