12 Dekabr 2022 13:02
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ən böyük müxalifət partiyası Vahid Milli Hərəkatının (VMH) Siyasi Şurası ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması planını qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə MMH siyasi şurasının sədri Koba Nakopiya məlumat verib.

O, partiyanın əsas məqsədinin Saakaşvilini azad etmək olduğunu açıqlayıb.

“Müəyyən strategiyamız var. Partiya Mixail Saakaşvilinin tezliklə azad edilməsi üçün hər şeyi edəcək”, - Nakopiya bildirib.

Siyasətçinin fikrincə, eks-prezidentin səhhəti onun həbsdə qalmasına imkan vermir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər