Beynəlxalq ictimaiyyət Türkiyədə jurnalistlərin həbsi ilə bağlı narahatlıqlarını ifadə edib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, Avropa İttifaqı Türkiyədə polisin prezident Rəcəp Tayyib Ərdoğanın rəqibi Fətullah Gülən tərəfdarı olan 24 nəfəri həbs etməsi ilə nəticələn reydlərini qınayaraq, bunun media azadlığı prinsipləri ilə bir araya gəlmədiyin bildirib. Avropa İttifaqının açıqlamasında reydlərin Türkiyənin də üzvü olmaq istədiyi Avropa dəyərləri və standartlarına zidd olduğu deyilir.
ABŞ Dövlət Departamenti Türkiyədə bu gün polis reydləri və həbslərlə bağlı narahatlığını qeyd edib. Dövlət Departamentinin bəyanatında deyilir ki, sağlam demokratiyanın əsas elementləri olan media azadlığı və ədalətli məhkəmə sistemi Türkiyənin öz konstitusiyası ilə təsbit olunub.
Qeyd edək ki, Türkiyə polisinin bazar günü həbs etdiyi media nümayəndələri arasında Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlı və Samanyolu televiziya şəbəkəsinin rəhbəri Hidayet Karaca da var.
Samir