19 Dekabr 2022 11:10
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertlər qrupu İranın üç obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinin araşdırılması çərçivəsində bazar günü Tehrana səfər edib.

Teleqraf.com xəbər verir ki, MAQATE-nin beş mütəxəssisindən ibarət nümayəndə heyəti Tehrana İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə yeni danışıqlar aparmaq üçün gedib.

İranın nüvə tənzimləyicisinin rəhbəri Məhəmməd Eslami dekabrın 14-də bildirmişdi ki, MAQATE nümayəndələri yaxın vaxtlarda Tehrana səfər edəcəklər. Həmin gün “Əl-Ərəbiyyə” telekanalı MAQATE-nin rəsmi nümayəndəsinin bəyanatına istinadən xəbər verib ki, agentliyin ekspertləri dekabrın 18-də İslam Respublikasına gələcəklər. Təşkilatın nümayəndəsinin sözlərinə görə, səfər zamanı tərəflər İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) nəzərdə tutulan zəmanətlər üzrə öhdəliklərini yerinə yetirməsi məsələlərini müzakirə etmək niyyətindədirlər.

MAQATE-nin baş direktoru Rafael Qrossi noyabrın 10-da Vyanada İran tərəfi ilə danışıqların heç bir nəticə vermədiyini bildirib. Daha sonra “Röyter” agentliyi MAQATE-nin hesabatına istinadən xəbər verib ki, Tehran İslam Respublikasındakı üç bəyan olunmamış nüvə obyektində uran hissəciklərinin mənşəyini araşdıran agentliyin nümayəndələrinin noyabrda səfərinə razılaşıb. MAQATE müfəttişlərinin bu obyektlərə çıxışının təmin edilməsi tələbi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün əsas şərtlərdən birinə çevrilib.


Müəllif: Nemət

Oxşar xəbərlər