20 Dekabr 2022 19:27
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin sabiq vitse-prezidenti, yunan deputat Eva Kaili korrupsiya qalmaqalı ilə bağlı günahını etiraf edib.

Teleqraf.com xəbər verir ki, o, Brüsseldə hakim Mişel Kleysə atası Aleksandros Kailidən öz evində böyük miqdarda pul gizlətməyi xahiş etdiyini boynuna alıb.

Kaili həmçinin "Cəzasızlığa qarşı Mübarizə" qeyri-hökumət təşkilatının direktoru Pier Antonio Panzeri və Avropa Parlamentinin iki üzvü ilə də əməkdaşlıq etdiyini deyib.

Xatırladaq ki, Avropa Parlamentinin 14 vitse-prezidentindən biri Eva Kaili korrupsiya ittihamlarına görə Brüsseldə həbs edilib.

Yunan parlamentari və onun ortağı “cinayət təşkilatına üzv olmaq, çirkli pulların yuyulması və korrupsiyada” ittiham olunurlar. Onların Avropa Parlamentində Qətərin maraqlarını təmsil etmək üçün bu ölkədən pul aldığı bildirilir. Qətər iddiaları rədd edib. Bu, 705 nəfərlik Avropa Parlamenti tarixində indiyədək ən böyük korrupsiya qalmaqalıdır.

Belçika məhkəmə dairələrinə görə, Kaili və onun partnyorunun ortaq mənzilində 150 000 avro, Kailinin atasında isə 750 000 avro tapılıb. Kaili Belçikada həbsdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər