Amerikalı milyarder İlon Mask çərşənbə axşamı eyniadlı sosial şəbəkənin sahibi olduğu “Twitter”in rəhbəri vəzifəsini tərk edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
"Bu işi qəbul edəcək qədər axmaq birini tapan kimi “Twitter”in baş direktorundan ayrılacam", - o, tviter hesabında yazıb.
Sahibkar əlavə edib ki, hazırkı vəzifəsindən ayrıldıqdan sonra şirkətin proqram təminatı və serverlərə texniki xidmət departamentlərinə rəhbərlik edəcək.
Məlumata görə, Mask aktiv şəkildə yerinə adam axtarır. O, sosial şəbəkə hesabında vəzifəsindən gedib-getməməsi ilə bağlı sorğu keçirib.