21 Dekabr 2022 13:12
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərindən müsbət nəticə gözləmədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Peskov Rusiyanın Donetskə əlavə hava hücumundan müdafiə sistemləri göndərib-göndərməyəcəyi ilə bağlı sualı da cavablandırıb.

“Rusiya Prezidenti Vladimir Putin Donetskdə vəziyyətin kifayət qədər çətin olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi də vəziyyəti yaxşılığa doğru çevirmək üçün bütün lazımi addımları atır”, - Kremlin sözçüsü deyib.

Peskov Putinin bu gün Rusiya Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirəcəyini açıqlayıb: “Putin çıxış edəcək. İclasda Rusiyanın müdafiə naziri Sergey Şoyqu da təqdimatla çıxış edəcək”.

Rusiyanın Zelenskinin ABŞ-a səfərindən müsbət nəticə gözləyib-gözləmədiyi ilə bağlı sualı cavablandıran Peskov “Xeyr” cavabını verib.

Peskov ABŞ-ın Ukraynaya yeni silah tədarükünə münasibətini də bildirib:

“Silahların tədarükü davam etdikcə, göndərilən silahların çeşidi genişlənir. Bütün bunlar təbii ki, münaqişənin daha da mənfi istiqamətdə getməsinə səbəb olur ki, bu da Ukrayna üçün yaxşı olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər