24 Dekabr 2022 09:38
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsrin sonuna qədər Antarktidada canlıların 97 faizi məhv ola bilər. 2100-cü ilə qədər Antarktida ərazisində faunanın yalnız 3 faizi sağ qala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “PLOS Biology” jurnalında yer alıb.

Tədqiqata görə, orta temperaturun Selsi üzrə 2 dərəcə yüksəlməsi ilə növlərin orta hesabla 65 faizinin (ən yaxşı halda 37 faiz, ən pis halda 97 faiz) 2100-cü ilə qədər nəsli kəsilmək ehtimalı var.

Alimlər hesab edirlər ki, Antarktika Müqaviləsi ilə bağlı hazırda qüvvədə olan Ətraf Mühitin Mühafizəsi Protokolunda nəzərdə tutulan tədbirlər qlobal istiləşmə şəraitində qitənin biomüxtəlifliyini qorumaq üçün yetərli deyil. Heyvanların xilas edilməsi səyləri üçün maliyyə artırılmalıdır. 2100-cü ilə qədər hesablanmış ən effektiv proqramın dəyəri 1,92 milyard dollardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər