25 Dekabr 2022 01:12
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda repressiv hökumət qüvvələri kəndə silahlı basqın edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İranın ETTELAAT Nazirliyi, SEPAH və Fəraca polisinin İzə şəhərində bu yaxınlarda həyata keçirdikləri birgə hücumda bir neçə dinc sakinin öldüyü və həbs olunmasından sonra bəzi sosial media istifadəçiləri həmin hadisənin görüntülərini yayımlayıb.

Dekabrın 23-də "1500" adlı “Twitter” səhifəsi yazıb: "İzə şəhərində insanları və uşaqları öldürdükdən sonra İslam Respublikası şəhər əhalisini yenidən gülləbaran etdi".

İranda etiraz aksiyaları ilə bağlı xəbərləri işıqlandıran bu “Twitter” səhifəsinin məlumatına görə, Mahmud Əhmədi və Hüseyn Səidi dekabrın 20-də repressiv İran hökimətinin hücumu nəticəsində həlak olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər