Bu gün səhər saatlarında Xarkovda və bölgədə silsilə partlayışlar olub. Bölgədə hava həyəcanı elan edilib. Daha sonra yerli hakimiyyət orqanları Rusiyanın hücumunu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, rusların Xarkova hava hücumu başlayıb.
Şəhər meri İqor Terekhov bildirib ki, Xarkov atəş altındadır: "Mən hamıdan xahiş edirəm ki, gizlənsin və ehtiyat tədbirləri görsünlər”.
Öz növbəsində Xarkov mülki-hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov rus işğalçılarının Xarkov və bölgəyə zərbələr endirdiyini qeyd edib.
Ukrayna Prezident Aparatı Xarkova raket hücumunu təsdiqləyib. Hadisə yerinə Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri göndərilib.
Daha sonra işğalçıların Xarkovun Sloboda rayonuna raket zərbələri endirdiyinə dair aydınlıq gəlib. Hələlik itkilər barədə məlumat yoxdur.
Qeyd edək ki, indi Ukraynanın mərkəzi və şərqində hava həyəcanı elan edilib. Əhalidən sığınacaqlara getmək tələb edilib.
Xatırladaq ki, Rusiya qoşunlarının Xarkova hücumyu dekabrın 26-da axşam saatlarında başlayıb, elə həmin gün şəhərə havadan zərbələr endirilib.