29 Dekabr 2022 00:53
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan və Çin sərhədində 6,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar nazirliyindən bildirilib.

Yeraltı təkanlar yerli vaxtla saat 23:16-da (Bakı vaxtı ilə 21:16) Çin və Qırğızıstan sərhədində, Almata şəhərindən 261 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər