Amerika prezidenti Barak Obama özünün və xanımının digər qaradərililər kimi necə irqçiliyə məruz qaldığını açıqladığı misalla izah etməyə çalışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, xanımı Mişel Obamayla birlikdə "People" jurnalına danışan Obama bir çox qaradərililər kimi özlərinin də əvvəllər ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib.
Mişel Obama başlarına gələn hadisəni danışıb: “Həyat yoldaşımla rəsmi axşam yeməyinə qatıldıq. O, kostyum geyinmişdi və bir nəfər onu ofisiant zənn edib, qəhvə sifariş verdi”.
Mişel Obama rəsmi paltarlı qaradəriliyə yüksək vəzifəli şəxs əvəzinə ofisiant kimi baxılmasının qərəzli olduğunu deyib.
Samir