Azərbaycan ABŞ üçün çox vacib tərəfdaşdır.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri missiyasını başa vuran Con Xeffern keçirdiyi mətbuat konfransında deyib. O, Azərbaycanda öz ölkəsinin səfiri olmaq istədiyini qeyd edib: “Biz Azərbaycanla bir sıra sahələrdə sıx əməkdaşlıq edirik. Bu ölkə Cənubi Avropaya təbii qazın çatdırılması və enerji sektorunda əməkdaşlıq baxımından olduqca vacibdir. Azərbaycan ABŞ üçün İranla münasibətlər baxımından da əhəmiyyət kəsb edir”.
Dağlıq Qarabağ probleminə toxunan Xeffern deyib ki, bu münaqişənin hərbi yolla həlli yoxdur: “ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını təkrar etmək məcburiyyətindəyəm. Bu məsələnin hərb yolu ilə həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.
Bununla yanaşı o vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız vasitəçilik rolunu oynayır və tərəflərə hər hansı qərarı zorla qəbul etdirə bilməz: “Ümumilikdə götürdükdə, hər şey münaqişə tərəflərinin özlərindən asılıdır”.
Samir