21 Dekabr 2014 11:43
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Özbəkistanda parlamentin aşağı palatasına - qanunvericilik palatası olan Oliy məclisinə və yerli hakimiyyət orqanlarına seçkilər başlayıb.

Trend-in məlumatına görə, yerli vaxtla saat 6:00-da respublika üzrə seçki məntəqələri açılıb və onların işləri saat 20:00-da başa çatacaq. Ölkə qanunvericiliyinə əsasən, siyahıya daxil edilmiş seçicilərin ən azı 33 faizinin iştirakı zamanı seçki baş tutmuş hesab edilir.

Parlamentə seçkilər üzrə seçki kampaniyasına sentyabrın 15-də start verilib. Seçki qanunvericiliyinə uyğun olaraq, 135 seçki dairəsi, 9 milyon 35 min seçki məntəqəsi yaradılıb. Bundan başqa, Özbəkistanın xarici dövlətlərdəki nümayəndəliklərində 44 seşki məntəqəsi təşkil edilib.

Seçicilərin tam sıyahısı (cəmi 20 789 572 vətəndaş) tərtib olunub. Ölkə əhalisinin sayı təqribən 31 milyon nəfərdir.


Seçki günündə səs vermək imkanı olmayanlar üçün dekabrın 11-19-da vaxtından əvvəl səs vermək imkanı yaradılıb. Seçkilərdə respublikada fəaliyyət göstərən 4 siyasi partiya iştirak edir. Bunlar Liberal Demokrat, Özbəkistan Xalq Demokratik, "Milli Dirçəliş" Milli Demokrat və "Ədalət" Sosial Demokrat partiyalarıdır.

Oliy məclisində ümumilikdə 135 yerə 535 namizəd iddia edir. Bundan başqa, Özbəkistanın Ekoloji Hərəkatından 15 deputat dekabrın 21-dəki konfransda seçiləcək.

Seçkilərin şəffaflığı və aşkarlığı müşahidəçilər institutu tərəfindən təmin edilir. Ölkənin Mərkəzi Seçki Komissiyası 35 dövlətdən təqribən 300 müşahidəçini qeydiyyata alıb.

Seçkilərin ilkin nəticəsi dekabrın 22-də açıqlanacaq.


Müəllif:

Oxşar xəbərlər