3 Yanvar 2023 10:00
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus qoşunları Donetsk vilayətindəki Drujkovkaya raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.

İlkin məlumatlara görə, bir raket şəhərə düşüb. Daha bir raket Yakovlevka kəndinə düşüb. İki nəfərin yaralandığı məlum olub.

Bu arada Kramatorsk şəhər şurasının rəsmi Teleqram kanalına görə, Kramatorsk da hücuma məruz qalıb.

İnsanlara “Sığınacaqlarda oturun, təhlükəlidir”,- çağırışı edilib.


Müəllif: Nemət