Beynəlxalq Sülh Təşkilatı İŞİD-in yezidilərə qarşı qırğınlarıyla əlaqədar hesabat hazırlayıb. Hesabatda yezidi qadınların təcavüzə və işgəncəyə uğradığı, bazarda satıldığı qeyd olunub.
Axar.az təşkilatın İŞİD-in əlindən qaçmağı bacaran 40-dan çox yezidi qadın və gənc qızla danışdığını xəbər verir. Yezidi qadınlar Sincar dağı ələ keçiriləndən sonra özlərinə qarşı edilən insanlıq xarici vəhişiliklərdən danışıblar.
16 yaşlı Randa hamilə anasıyla birlikdə terrorçular tərəfindən qaçırıldığını açıqlayıb. O, İŞİD-in bir üzvünə hədiyyə edildiyini bildirib. Randa özündən ikiqat yaşlı olan adamın təcavüzünə məruz qalıb:
“Mənə və ailəmə etdikləri o qədər ağır idi ki, yaşamağa dözmək çox çətindir. İŞİD həyatımızı məhv etdi. Ailəmin başına nə gəldiyini və onları bir daha görüb-görməyəcəyimi bilmirəm".