Fələstin İsrail ilə bütün əlaqələri dayandıracaq.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bunu Fələstin dövlət başçısı Mahmud Abbas deyib. Onun sözlərinə görə, Fələstin hökuməti İsrail işğalının sona çatması və yekun sülh üçün Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına (BMGK) təqdim olunan qətnamə layihəsinin qəbul edilməsindən sonra bu addımı atacaq: “Fələstinlilər İsrail həbsxanalarındakı bütün həmvətənlərinin sərbəst buraxılması da daxil olmaqla, öz haqlarını geri almaqda qərarlıdır”.
Qeyd edək ki, təhlükəsizlik şurasına təqdim olunan layihəyə görə sülh sazişin 12 ay ərzində imzalanması və İsrailin 2017-ci ilə qədər Fələstin torpaqlarından çəkilməsi nəzərdə tutulur.
Samir