23 Yanvar 2023 12:57
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya Ukraynaya tank göndərməyə razı olmasa, Polşa tədarük üçün müxtəlif ölkələrlə koalisiya yaradacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravietski bəyan edib.

Baş nazir Ukraynaya tank göndərməsinə razılıq vermədiyi təqdirdə ölkəsinin başqa yola əl atacağını vurğulayıb: “Müasir hərbi maşınları və tanklarının bir hissəsini döyüşən Ukraynaya verməyə hazır olan ölkələrdən kiçik bir koalisiya yaradacağıq. Ukraynanın qanamasına passiv şəkildə tamaşa etməyəcəyik. Almaniyanın gözlərini açıb və potensialından istifadə etməyə başlaması üçün başqa nəyə ehtiyacı var?"

Mateuş Moravietski Almaniyanı illərdir Rusiya ilə yaxınlaşma siyasəti yürütməkdə ittiham edib: “Səxavətli müqavilələrlə rus ayısının ürəyini qazanacaqlarını ümid edirdilər. Bu siyasət iflasa uğradı və almanlar hələ də səhv etdiklərini etiraf etməkdə çətinlik çəkirlər”.


Müəllif: Yeganə Oqtayqızı