ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Teleqraf.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrdən olan 22 şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edib.
Vaşinqtonun qənaətinə görə, həmin şəxslər və şirkətlər anti-Rusiya sanksiyalarından yan keçmək cəhdlərində iştirak edir.
Sanksiya çərçivəsində Bolqarıstan, İsrail, Kipr, Latviya və Sinqapurdan olan təşkilatlar qara siyahıya salınıb. Onlar elektron hesablama avadanlığı, müdafiə təyinatlı, ticarət və tikinti ilə bağlı təşkilatlardır.