2 Fevral 2023 10:45
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin sabiq baş naziri Maqdalena Andersson ölkəsinin NATO-ya üzvlük prosesini və Türkiyə səfirliyi önündə Quranın yandırılması aksiyasını dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, İsveçin mühüm NATO prosesindən keçdiyini bildirən Andersson ictimaiyyəti buna kömək etməyə çağırıb.

“İsveçdə ifadə azadlığı qanununa uyğun olaraq iyrənc şeylərin də edilə bilməsi bu işlərin iyrənc olduğunu düşünməyə mane olmur. Əgər siz Quranı yandırsanız və bunu təşviq etsəniz, İsveçlə İslam dünyası arasındakı yaxşı münasibətləri pozmağa çalışan qüvvələr üçün faydalı bir axmaq olarsınız. Hökumətin və Xarici İşlər Nazirliyinin NATO prosesində atmosferi soyutmaq cəhdlərini də müsbət hesab edirəm”, - sabiq baş nazir bildirib.

İsveç Demokrat Partiyasının lideri Cimmi Akesson da Quranın yandırılmasını müdafiə etmədiyini, ancaq İncil kimi Quranı yandırmaq azadlığının da olduğunu söyləyib.

Akesson kampaniyanı təşviq edən və terror təşkilatlarına dəstək verən Sosial Demokrat Partiyasını da tənqid edib:

“PKK və digər terror təşkilatları ilə Sosial Demokrat Partiyası iç-içədir. Bu, NATO prosesində ən böyük maneədir”.


Müəllif: Mənsur Rəğbətoğlu