5 Fevral 2023 13:54
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Luqansk vilayəti və Baxmutda həlledici hücum həyata keçirmək üçün hərbi texnika və canlı qüvvəni cəmləşdirir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) rus qüvvələrinin Zaporojeni hədəf alması ehtimalının az olduğunu bildirir.

Amerikalı analitiklərə görə, Rusiyanın eyni vaxtda Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq və Zaporoje şəhərini tutmaq üçün lazım olan gücü yoxdur.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, ruslar əsas səylərini Avdiyiv, Baxmut, Liman, Novopavliv və Kupyan istiqamətlərində hücum əməliyyatları keçirmək üçün cəmləşdirirlər. Hücum zamanı ruslar çox ciddi itkilər verirlər.

Hərbi ekspert Aleksandr Kovalenko hesab edir ki, rus ordusunun Zaporojedəki qüvvələri Luqansk və ya Donetskdən qat-qat zəifdir, ona görə də Rusiyanın Zaporojeyə hücum planları yalnız uğursuzluqla bitə bilər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə xəbərdarlıq edib ki, rusların yeni iri hücumu yazda və yayın əvvəlində mümkündür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər